04.06.2021

2020-2021-ci tədris ili üçün Respublika Fənn Olimpiadalarının qalibləri

          2020-2021-ci tədris ili üçün Respublika Fənn Olimpiadalarının Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə qalibləri məlum olub.

Qəbələ  şəhər 4 saylı tam orta məktəbin XI sinif şagirdi Qaragözova Aysu Hidayət qızı , Nohurqışlaq kənd  tam orta məktəbin XI sinif şagirdi  Abuşova Xədicə Vüqar qızı Respublika Fənn Olimpiadalarında   Azərbaycan dili və ədəbiyyatı  fənni üzrə II yerə, şəhər 4 saylı tam orta məktəbin  XI sinif şagirdi  Cəfərova Həqiqət Vüqar qızı ,Soltannuxa kənd tam orta məktəbin XI sinif şagirdi Mirzənmədova Nuray Elbrus qızı, Nohurqışlaq kənd tam orta məktəbin X sinif şagirdi Məsimova İlahə Cahangir qızı Azərbaycan dili və ədəbiyyat  fənni üzrə III yerə, Böyük Pirəli kənd tam orta məktəbin XI sinif şagirdi  Xancanov Məhəmməd Nurlan oğlu coğrafiya fənni üzrə III yerə layiq görülmüşdir.

Qalibləri, onların dəyərli valideynlərini və əziz müəllimlərimizi ürəkdən təbrik edirik.