07.05.2021

Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş onlayn şeir müsabiqəsi keçirilib.

 

    06.05.2021-ci il tarixində ümumtəhsil məktəblərinin V-X sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş onlayn şeir müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyevə həsr olunmuş müxtəlif şeirlər söylənilib. Müsabiqəni izləmək üçün işçi qrupu təyin olunmuşdur. Müsabiqənin nəticəsinə görə Qəbələ şəhər P.Osmanov adına 2 saylı tam orta məktəbin VIII sinif şagirdi Əzizov Əmrah Vüqar oğlu I yerə , Böyük Pirəlli kənd tam orta məktəbin VIII sinif şagirdi Musayeva Nərmin Süleyman qızı II yerə, Bunud kənd F.Həmidov adına tam orta məktəbin IX sinif şagirdi Xəlilli Emil Teymur oğlu II yerə, Bılıx kənd M.Əzizov adına tam orta məktəbin IX sinif şagirdi Seyidova Ləman İmran qızı III yerə, Çarxana kənd E.Məmmədov adına tam orta məktəbin VIII sinif şagirdi Kərimova Saray Eləddin qızı III yerə, Tikanlı kənd ümumi orta məktəbin V sinif şagirdi Şəfiyeva Gülay Böyükağa qızı III yerə, Nic qəsəbə 5 saylı tam orta məktəbin IX sinif şagirdi Ayrapetova Viktoriya Vladikona, Savalan kənd ümumi orta məktəbin V sinif şagirdi Xasıyeva Zəhra Elton qızı, Zalam kənd tam orta məktəbin VIII sinif şagirdi Mikayıllı İlahə Araz qızı, Çuxur Qəbələ kənd Ə.Məmmədov adına tam orta məktəbin IX sinif şagirdi Abdurahmanova Susan Tərlan qızı həvəsləndirici yerlərə laiq görülüb.


Açar sözlər: ,