Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş geniş tədbiri keçirildi.

       05.05.2018-ci il tarixdə Qəbələ rayon Təhsil Şöbəsinin   ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş geniş tədbiri keçirildi.

Tədbirdə Qəbələ rayon hakimiyyətinin məsul işçisi, ümumtəhsil  məktəblərinin  müəllimləri, Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi iştirak edirdi.

Bunud  kənd tam orta  məktəbin müəllimi  Fuad Əlifov  Heydər Əliyev “Müasir  Azərbaycanın memarı” mövzusunda məruzə etmişdir.

    Şəhər 3 saylı tam orta məktəbin müəllimi  Məleykə Rəsulova, Şəhər 5 saylı tam orta  məktəbin  müəllimi Aygün Əliyeva  Heydər Əliyevin  həyat fəaliyyəti  haqqında geniş çıxış etmişlər.

Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova tədbirdə geniş çıxış etmişdir.Sonra Uşaq Gənclər  İnkişaf Mərkəzinin  “Təbəssüm” qrupunun ifasında rəqslər ifa  edilmişdir.Sonda tədbir  iştirakçıları Heydər Əliyevin anadan olmasının 95-c ildönümünə həsr olunmuş  sərgiyə tamaşa etdilər.