Oqtay Abbas oğlu Hacıyev

Müdir

 

1951-ci ildə Qəbələ şəhərində anadan olmuşdur.

1977-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakultəsini bitirmişdir.

1974-1979-cu illərdə Qəbələ rayon İcraiyyə  Komitəsində Şöbə müdiri, 1979-1984-cü illərdə Qəbələ şəhər 8-illik məktəbinin direktoru, 1985-1987-ci illərdə Qəbələ rayon Qiyabi orta məktəbində direktor müavini, 1987-1989-cu illərdə Qəbələ şəhər 1 № -li tam orta məktəbində direktor müavini, 1989-1992-ci illərdə Qəbələ rayon QHDKYC-nin sədri,1992-1994-cü illərdə Qəbələ Rayon Sovetində Şöbə müdiri, 1995-1999-cu illərdə Qəbələ Rayon İcra Hakimiyyətində məsləhətçi  və başçının  köməkçisi,1999-2002-ci illərdə Qəbələ rayon Dairə Seçki Komissiyasının sədri, 2002-2004-cü illərdə Qəbələ rayon İcra Hakimiyyəti aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri ,2004-2009-cu illərdə Qəbələ rayon İcra Hakimiyyəti başçısının humanitar sahə üzrə müavini, 2009-cu ildən Qəbələ rayon Təhsil Şöbəsinin müdiri işləyir.

Ailəlidir 3 övladı var.