01.06.2016

Bilik yarışı

27 may 2016–cı il tarixdə Qəbələ şəhər 1 saylı tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin IX sinif şagirdlərinin iştirakı ilə “Bilik yarışı ” nın final mərhələsi keçirildi. Finalda şəhər 2, 3 №-li,  Soltannuxa və Həmzəlli kənd tam orta məktəblərinin komandaları iştirak etmişdir.Əsasnaməyə uyğun olaraq 8 fənn üzrə suallar hazırlanmış və komanda üzvləri sualları yazılı şəkildə cavablandırmışlar.Gərgin keçən yarışda Həmzəlli kənd tam orta məktəbi I ,şəhər 2 №-li tam orta məktəbi  II, şəhər 3 №-li tam orta məktəbi III  və Soltannuxa kənd tam orta məktəbi isə həvəsləndirici yerə layiq  görülmüşdür.

Yarışı ümumtəhsil məktəblərinin şagirdləri ,müəllimlər və valideynlər izləmişlər.Qəbələ Rayon Gənclər İdarəsi və Qəbələ RTŞ – nin birgə keçirdiyi tədbirin sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Tədbirin sonunda qalib komandaların üzvləri və digər iştirakçılar 28 may –Respublika gününə həsr olunmuş belə tədbirlərin şagirdlərin elmi biliklərinin artmasına təsir göstərməsi ilə yanaşı onların vətənpərvərlik tərbiyəsində də mühüm əhəmiyyətindən söz açmış, yarışın təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.


Açar sözlər: