19.05.2016

Olimpiada  qalibləri  mükafatlandırıldı.

Mayın 17-də  Respublika  Fənn  Olimpiadaları  qaliblərinin  mükafatlandırılması  keçirildi.  Tədbirdə  Qəbələ  məktəbliləri də  iştirak  edirdilər.

         Zarağan kənd  1  saylı  tam  orta  məktəbin  XI  sinif  şagirdi  Zəkəriyyə  Zəkəriyyəli  riyaziyyat  fənni  üzrə  “Bürünc”,  Şəhər  3  saylı  tam orta  məktəbin  IX  sinif  şagirdi  Quliyeva  Gülsüm  “Azərbaycan  dili  və  ədəbiyyat” fənni  üzrə   “Gümüş”,  Zarağan  1  saylı  tam  orta  məktəbin  X  sinif  şagirdi  Nilufər  Cəbrayılbəyli  “Azərbaycan  dili  və  ədəbiyyat”  fənni   üzrə  “Qızıl”  medala  layiq  görüldülər.  Şəhər  2  saylı  tam  orta  məktəbin  XI  sinif  şagirdi  Nigar  Qurbanova  “Qızıl”  medalla  təltif  olunmaqla  yanaşı  respublika  məktəbliləri  arasında  ən  yüksək  bal  topladığına  görə  tarix  fənni  üzrə  “Birincilər – birincisi”  adına  layiq  görüldü.


Açar sözlər: