04.11.2019

01  noyabr  2019-cu  il  tarixdə  Eldəniz  Mehdiyev  adına  Vəndam  qəsəbə  1  saylı  tam  orta  məktəbdə tədbir keçirildi.

01  noyabr  2019-cu  il  tarixdə  Eldəniz  Mehdiyev  adına  Vəndam  qəsəbə  1  saylı  tam  orta  məktəbində  2018-2019-cu  dərs  ilində  IX,  XI  siniflərdə  ümumi  orta  və  tam  təhsil  kursu  üzrə  keçirilmiş  buraxılış  imtahanlarının  yekunlarının  təhlilinə  həsr  olunmuş  dəyirmi  masa  keçirildi.  Müzakirədə  Vəndam  qəsəbə  1,2,3  saylı,  Tüntül,  Nohurqışlaq,  Bunud,  Məmmədağalı  kənd  tam  orta,  Seyidqışlaq,  Yengicə  ümumi  orta  məktəblərin  fənn  müəllimləri,  məktəb  rəhbərləri  və  RTŞ-nin  əməkdaşları  iştirak  etdi.  Dəyirmi  masada  dərin  təhlil  və  işgüzar  diskussiya  aparıldı.

İmtahanlarda  zəif  nəticə  göstərən  məktəblərin  göstəriciləri  xüsusi  olaraq  qeyd  olundu  və  onlara  lazımi  tövsiyələr  verildi.


Açar sözlər: