05.09.2019

Qəbələ rayonunda təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Qəbələ rayonunda təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

    05 sentyabr 2019-cu il tarixdə Qəbələ  rayonunda Qəbələ, Oğuz, Şəki  rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qəbələ  Qafqaz Resort Hoteldə konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə öz işinə başlayıb. Konfransın plenar müşavirəsində Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quluyev, hər üç rayonun təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri iştirak ediblər.
Plenar müşavirədə rayonların təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili üzrə hesabat məruzəsi ilə çıxış edib, təkliflərini bildiriblər.
Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quluyev  çıxış edərək hesabatları müqayisəli təhlil edib, təklif və rəylərini verib, rayonların qəbul imtahanlarının nəticələrindən danışıb, yeni tədris ilinin prioritet istiqamətləri barədə məlumat verib. Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.