31.07.2019

Qəbələ rayon 5 saylı tam orta məktəbin şagirdi XI sinif şagirdi Gülşən Bəşirova  XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının birinci günündə ölkəmizin aktivinə bürünc medal yazdırıb.

     Qəbələ rayon 5 saylı tam orta məktəbin şagirdi XI sinif şagirdi Gülşən Bəşirova  XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarının birinci günündə ölkəmizin aktivinə bürünc medal yazdırıb.

Şagirdimiz  bürünc medal uğrunda görüşdə hollandiyalı Yoslin Supusepi ipponla məğlub edib.

Xatırladaq ki, G.Bəşirova səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub etsə də, dörddəbir finalda rusiyalı Anastasiya Balabana ipponla məğlub olub. Təsəlliverici görüşə qatılan idmançımız polşalı Natalia Stoklosa ipponla qalib gəlib.

Bu çəki dərəcəsində digər bürünc medala rumıniyalı Anne Brebinarunu məğlub edən rusiyalı Marina Vorobyoba layiq görülüb.

Finalda isə türkiyəli Merve Azak rusiyalı Anastasiya Balaban üzərində qələbə qazanaraq XV Avropa Gənclər Olimpiya Festivalının çempionu olub.

 


Açar sözlər: