07.05.2019

“ Uşaq və gənclərin azərbaycançılıq ideologiyası  ruhunda tərbiyəsi”

       Qəbələ şəhər Təhsil şöbəsi “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda ümumrayon konfransı keçirib. Konfransda Təhsil Şöbəsi, ümumtəhsil müəssisələrinin rəhbrləri və qabaqcıl müəllimlər iştirak ediblər. Uşaq və gənclərin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlərin daha da gücləndirməsinə diqqət çəkilib. “Azərbaycan dili azərbaycançılığın təməl daşıdır”, “Azərbaycançılıq dünya azərbaycanlılarının milli ideologiyasıdır” və digər mövzularda məruzələr dinlənilib. Qeyd edək ki, konfrans təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrasını təmin etmək məqsədini daşıyır


Açar sözlər: ,  ,