30.04.2019

Pedaqoji mühazirələr

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin rayon mərhələsinin seçim turu başa çatıb.

 Təşkil edilən rayon mərhələsinin seçim turunda ümumtəhsil məktəblərindən  70-ə yaxın pedaqoji mühazirə dinlənilib. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn və innovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 2 pedaqoji mühazirə müəllifi ölkə üzrə seçimlərdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, 2018-2019-ci dərs ilində təşkil olunan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.


Açar sözlər: ,