23.04.2019

“Oxu günü” tədbiri keçirilib.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Oxu günü” tədbiri keçirilib.

“Oxu günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı məqsədilə təşkil olunub. Aprel ayı ərzində keçirilən belə tədbirlər Qəbələ rayon ümumi təhsil müəssisələrinin iştirakı ilə baş tutub.Tədbirlərdə ümumtəhsil məktəblərinin şagirdləri təqdimatlarla çıxış ediblər.