18.05.2018

Pedaqoji əməkdaşlıq

      Azərbaycan Respublikası  Nazirinin müvafiq  əmri ilə həyata  keçirilən  pedaqoji əməkdaşlıq əlaqələrinin  qurulması sahəsində tədbirlər davam etdirilir.

Əməkdaşlıq edən məktəblər sırasında  Qəbələ şəhər 3 saylı tam orta məktəbi, Oğuz Şəhər 3  №  li  tam orta məktəbləridə var .

  Kollektivlər əməkdaşlığın inkişafına dair birgə tədbirlər planına uyğun olaraq tədris prosesində qabaqcıl təcrübənin öyrənilməsi,müxtəlif idman və intelektual bilik yarışlarının keçirilməsi ,pedaqoji kollektivinin  iş təcrübəsi və qədim el adətləri ilə tanış olmaq üçün vaxtaşırı bir-birinə qonaq olur və əldə etdikləri  təcrübədən  səmərəli istifadəyə nail olmağa çalışırlar. Əməkdaşlıq çərçivəsində  bu günlərdə Şəhər 3 saylı tam orta məktəbində Kimya biologiya gecəsi keçirildi.
     Qəbələ Şəhər 3 saylı tam orta məktəbin direktoru giriş sözü ilə çıxış edərək qonaqları salamladı və məktəb haqqında onlara məlumat verdi.
Hər iki məktəbin  müəllimlərinin  iştirakı ilə keçirilən tədbirdə şagirdlər bilik və bacarıqlarını nümayiş etdirdilər.Məktəblilərin  əyləncəli intellektual oyunları böyük marağa səbəb oldu.
 Tədbirin yekununda  Qəbələ RTŞ-nin müdiri Arifə Bayramova Oğuz   şəhər 3  №-li  tam orta məktəbin direktoru Elxan Bilalov  çıxış edərək pedaqoji əməkdaşlıq çərçivəsində həyata keçirilən  tədbirlərin  yüksək əhəmiyyətindən  danışdılar və bundan sonra da  davam etdiriləcəyini qeyd etdilər.
Daha sonra qonaqlar məktəbin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxdılar.


Açar sözlər: