21.02.2018

Pedqoji Əməkdaşlıq

        Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə 

Dövlət  Strategiyasında  müəyyən  edilmiş ümumi  təhsilin  müasir  tələblər  səviyyəsində  idarə  olunması  və  təcrübə  mübadiləsinin  rolu  və  əhəmiyyətinə  əsaslanaraq Qəbələ  və  Oğuz  rayonlarının  məktəbləri  arasında  pedaqoji  əməkdaşlıq  əlaqələri  yaranmışdır.

     16.02.2018-ci  il  tarixdə  Qəbələ  şəhər  1 – 3  saylı,  Nohurqışlaq,  Tüntül  və  Vəndam  qəsəbə  1  saylı  tam  orta  məktəbləri  ilə   Oğuz  şəhər  1-3  saylı,  Yaqublu,  Qumlaq,  Xaşmaz  kənd  tam  orta  məktəb  rəhbərlərinin  Qəbələ  şəhər  1  saylı  tam  orta  məktəbində  görüşü  keçirilmişdir.

  Dəyirmi  masa  ətrafında  ümumi  təhsillə  bağlı  aktual  məsələlər,  fənn  kurikulumlarının   tətbiqi  sahəsində  görüləcək  işlər “Sağlam  rəqabətə  əsaslanan”  bilik  və  idman  yarışlarının  keçirilməsi,  qabaqcıl  müəllimlərin  nümunəvi  dərslərinin  təşkil  olunması  məsələsi  müzakirə   edilmişdir.

         Görüşdə  Qəbələ  RTŞ-nin  müdir  əvəzi  Yaşar  Nəzirov  və  hər  iki  rayonun  metodiki  kabinetinin  rəhbərləri   M.Zahidov  və  A.Bayramova  iştirak  etmişlər.

         Sonda  şəhər  1  saylı  tam  orta  məktəb  şagirdlərinin  təşkil  etdiyi  ingilis  dili  gecəsində 

qonaqlarda  iştirak  etmiş  və məktəbin  I  sinif  şagirdi  Mustafazadə  Nəzrin  Elşən  qızının  rəsm  sərgisinə  tamaşa  edilmişdir.


Açar sözlər: