12.09.2017

Qəbələ şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

Hesabat ilində rayonumuzda  68 ümumtəhsil  məktəbi, o cümlədən 53-tam orta, 12 ümumi orta, 3-ibtidai məktəb  fəaliyyət  göstərmiş,

 16694–nəfər şagird 1059- nəfəri 60 məktəbəhazırlıq qruplarına, 15935- şagird isə 977-sinif  komplektində  birləşdirilmiş, onların təlim tərbiyəsi ilə  2235-nəfər müəllim məşğul olmuşdur.

     Rayon üzrə 5-məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmiş,onlarda 81-qrupa 1171-nəfər dərnək üzvü cəlb olunmuşdur.

Rayonun ümumtəhsil müəssisələrində çalışan 2235-nəfər müəllimdən 412-nəfəri orta ixtisas təhsilli, 1823-nəfəri , yəni bütün müəllimlərin  81,6%-i ali təhsillidir.

Müəllimlərin əksəriyyətini, yəni 1716-nəfərini qadınlar təşkil edir ki, bu da bütün təhsil işçilərinin 76,8 %-i deməkdir.

2016-2017-ci dərs ilində rayon müəllimliyinin tarixində ən böyük hadisə müəllimlər arasında diaqnostik qiymətləndirmə imtahanlarının keçirilməsi olmuşdur.İmtahanda 2130- nəfər müəllim iştirak etmiş, onlardan iki nəfəri maksimum nəticə, yəni 60 bal toplamışlar. Müəllimlərdən 385-nəfəri 50 baldan, 746-nəfəri 40 baldan, 669-nəfəri 30 baldan, 268- nəfər isə 20- baldan çox bal toplamışlar.Təəssüflə qeyd etmək lazımdır ki, 60-nəfər müəllim ixtisasdan  10- baldan aşağı nəticə göstərmişdir.

İndi isə 2016-2017-ci dərs ilinin əsas  təhsil göstəriciləri haqqında  sizə məlumat  vermək istəyirəm. Keçən dərs  ilinin yekunlarına görə müvəffəqiyyət  faizi 99,9% keyfiyyət göstəricisi isə  64,8 % olmuşdur.

Biliyi qiymətləndirilən  15851- şagirddən 4719-nəfəri əla, 5554- nəfəri isə “4” və “5” qiymətlərlə, qalanları isə, “3” və “4” qiymətlərlə yuxarı siniflərə keçmişlər.

Məlumat verim ki, müəllimlərin bu günkü ali məclisinə rayonun ümumitəhsli məktəblərinin rəhbərləri və təhsil sahəsində öz fəaliyyəti ilə fərqlənən müəllimlərimiz dəvət olunmuşlar.

Konfransın işində Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov, 4 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əməkdaşı Araz Babayev  iştirak edir.