05.05.2016

Açıq  dərslər  keçirildi

          Ümumtəhsil  məktəblərində  açıq  dərslərin  keçirilməsinə  həmişə  böyük  diqqət  ayrılır.  Bu  dərslərin  keçirilməsinin  əsas  məqsədi  müasir  təlim  metodlarından,  İKT  avadanlıqlarından  istifadə  edilməsi,  metodik  köməkliyin  göstərilməsi,  eləcə  də  müəllimlər  arasında  təcrübə  mübadiləsinin  aparılmasından  ibarətdir.

         Qəbələ  şəhər  3  saylı  tam  orta  məktəbdə  gənc  müəllim  Sona  Həsənovanın  keçirdiyi  Azərbaycan  dili  dərsi  çox  maraqlı  keçdi.  İKT  avadanlıqlarından  bacarıqla  istifadə  olunduğu  dərsdə  şagirdlər  yüksək  fəallıq  göstərir,  suallara  düzgün  cavablar  verirdilər.

         Dərsdən  sonra  Təhsil  Şöbəsinin  əməkdaşları,  məktəb  rəhbərliyi  və  fənn  müəllimlərinin  iştirakı  ilə  maraqlı  müzakirə  keçirildi.


Açar sözlər: