04.05.2016

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə  bağlı Qəbələ rayonunun bütün ümumitəhsil məktəblərində  konfrans, dəyirmi masa, şeir müsabiqələri, idman yarışları keçirilir.

          

04 may 2016-cı il tarixdə şəhər 5 №-li tam orta məktəbdə şəhər məktəblərinin şagird və müəllimlərinin iştirakı ilə geniş tədbir keçirildi.

Tədbirdə məktəbin müəllimləri T.Məsimov “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir”, K.Əhmədova “Heydər Əliyv Azərbaycanın sönməz günəşidir”, metodik kabinetin müdiri A.Bayramova “Heydər Əliyev və təhsil” mövzusunda çıxış edərək ümumilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən , əsasını qoyduğu islahatlardan danışdılar.

Çıxış edənlər qeyd etdilər ki, ulu öndərin siyasi kursu bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkə rəhbərliyi  və  Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binaları tikilir, ən müasir avadanlıqlarla təchiz olunur.

Tədbirdə məktəbin şagirdləri ümumilli lider Heydər Əliyevə, Vətənə  həsr olunmuş şeirlər söylədilər, mahnılar səsləndirdilər.Sonda Ulu öndərə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Məktəbdə şagirdlərin əl işlərindən ibarət “Bacarıqlı Əllər” mövzusunda sərgi təşkil olunmuşdur


Açar sözlər: