02.06.2016

1 iyun  - Uşaqların  Beynəlxalq  Müdafiəsi  Günüdür.

1  iyun  2016-cı  il  tarixdə  Qəbələ  şəhərində  Uşaqların   Beynəlxalq  Müdafiəsi  Günü  münasibətilə geniş  tədbir  keçirildi. Ailə  və  Uşaqlara  Dəstək  Mərkəzinin  təşkilatçılığı  ilə    saat  1000 –da  Mədəniyyət  Mərkəzində   sağlamlıq  imkanları  məhdud    uşaqların  əl  işlərindən  ibarət  sərgi  nümayiş  etdirildi. 

         Daha  sonra  tədbir  şəhərin  mərkəzində  yerləşən  Heydər  Əliyev  parkında  davam  etdi.   Tədbiri  giriş  sözü  ilə  Uşaq  Yaradıcılıq  Mərkəzinin  direktoru  R.Şirinova  açaraq  ölkə  rəhbərliyi  tərəfindən  uşaqlara  göstərilən  qayğıdan  danışdı.  O,  qeyd  etdi  ki,  Ulu  öndərin  adını  daşıyan  Heydər  Əliyev  Fondunun  ən  əsas  prioritetlərindən  biri  uşaqların  firavan  böyüməsi,  onların  rifahının  yüksəldilməsidir.

           Sonra  UYM-nin  dərnək  üzvləri  olan  istedadlı  uşaqların  iştirakı  ilə  böyük  bayram  konserti  oldu.

         Tədbirdə  rayon  İcra  Hakimiyyətinin  başçısı  Səbuhi  Abdullayev,  idarə  və  təşkilatların,  ümumtəhsil  məktəblərinin  rəhbərləri,  şəhər  sakinləri  iştirak etdilər.


Açar sözlər: